• $
  • €
  • ₽
  • ₺
  • £

Sumqayıtda kişi keçmiş arvadını bıçaqladı

Sumqayıtda kişi keçmiş arvadını bıçaqladı
09.06.2020 20:00
İyunun 8-də saat 13 radələrində Sumqayıt şəhəri, Ağa Quliyev küçəsində yerləşən 29/4 saylı binanın qarşısında 1986-cı il təvəllüdlü Aygün Şıxkərimovaya çoxsaylı bıçaq xəsarətləri yetirilməsi barədə daxil olmuş məlumat əsasında prokurorluq və polis əməkdaşları tərəfindən dərhal hadisə yerinə baxış keçirilib.
Bu barədə Oxu.Az-a Sumqayıt Şəhər Prokurorluğundan məlumat verilib. 

Bildirilib ki, ətrafda olan insanların köməyi ilə A.Şıxkərimovanın vaxtında xəstəxanaya yerləşdirilməsi nəticəsində onun həyatını xilas etmək mümkün olub. Aparılmış araşdırmalarla zərərçəkmişin əri 1988-ci il təvəllüdlü Teymur Şıxkərimovun qısqanclıq zəminində aralarında yaranmış münaqişə zamanı A.Şıxkərimovanı qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

İş üzrə müvafiq ekspertizalar təyin olunub, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib. T.Şıxkərimov könüllü gələrək təslim olmaqla cinayətin aləti olan bıçağı istintaqa təqdim edib. T.Şıxkərimov şübhəli şəxs qismində tutularaq müdafiəçinin iştirakı ilə dindirilərkən törətdiyi əməli etiraf edib.
Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.
Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.



www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol