• $
  • €
  • ₽
  • ₺
  • £

Moskvada peyvəndlənmə avqustda başlaya bilər

Moskvada peyvəndlənmə avqustda başlaya bilər
09.06.2020 15:03
Rusiyanın paytaxtı Moskva şəhərində koronavirusa qarşı əhalinin peyvəndlənməsi bu ilin avqust ayında başlaya bilər.

"Qafqazinfo” "Moskva” agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının üzvü və akademik Yuri Belenkov onlayn konfrans zamanı açıqlama verib.

"Demək olar bütün məhdudiyyətlərin ləğv olunmasına baxmayaraq, gördüm ki, vətəndaşlarımızın təxminən 60%-i maska ​​taxmır. Bu məhdudiyyətlərin ləğvi maska və məsafə qaydalarına aid deyil. Maskalar hələ də orada taxılmalıdır. Düşünürəm ki, ən optimal variant olaraq maska ​​rejimi peyvənd kampaniyası başlayana qədər saxlanılmalıdır. Peyvəndlənmə isə yəqin ki avqust ayında başlayacaq”.

Onun sözlərinə görə, peyvəndlənmə kampaniyasına ilkin növbədə risk qrupuna aid insanlar cəlb olunacaq:

"Bəli, şübhəsiz ki, peyvəndlənməyə risk qruplarından başlanacaq. Bura həkimlər, sosial işçilər və fövqəladə hallarda işləyən əməkdaşlar daxildir. Növbəti mərhələdə xroniki xəstəlikləri olan insanlar və 65 yaşdan yuxarı insanlar peyvəndlənəcək. Daha sonra isə bu işin necə getdiyinə baxacayıq”.

Xatırladaq ki, bir müddət əvvəl Moskva şəhərinin meri Sergey Sobyanin peyvəndlərin ilk dəstəsinin payızda əldə olunacağını bildirmişdi. Onun sözlərinə görə, hazırda Rusiyada 3 fərqli peyvənd hazırlanır.






www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol