Azərbaycanda bu kənddə 9 nəfər koronavirusa yoluxdu, iki qardaş öldü - VİDEO

İsmayıllı rayonunun Quşencə kəndində koronavirusa yoluxan iki qardaş dünyasını dəyişib.
Həmin kənddən daha 9 nəfərdə də virus aşkarlandığı üçün ərazi nəzarət altına alınıb.
Virusun yayılmasının qarşısını almaq üçün kənd sakinlərindən testlər götürülür.
Kənd üzrə icra nümayəndəsi Yaşar Şirəliyev bildirib ki, bir neçə gün əvvəl koronavirusdan ölən iki nəfər dəfn edilib. Yoluxan 9 nəfərdən isə 8-i Ağdaş Rayon Mərkəzi Xəstəxanasında, bir nəfər isə Qobustan xəstəxanasında müalicəyə göndərilib.
İsmayıllı rayon Mərkəzi Xəstəxanasından verilən məlumata görə, Quşencə kəndi nəzarətdə saxlanılır. Kənd skinlərindən testlər götürülüb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























