Nazir müavinləri Ceyranbatandakı yanğın yerinə gediblər - YENİLƏNİR

Fövqəladə hallar nazirinin müavinləri Abşeron rayonu, Ceyranbatan qəsəbəsi ərazisində yanğın baş verən əraziyə gedib.
Bu barədə Anews.az-a Nazirliyin mətbuat xidmətindən məlumat verilib. Məlumatda qeyd edilib ki, yanğının söndürülməsi üçün dərha əraziyə Nazirliyin müvafiq qüvvələri, o cümlədən Aviasiya dəstəsinin iki ədəd helikopteri cəlb olunub. Hazırda nazir müavinləri general-leytenant Etibar Mirzəyev və Tapdıq Əmiraslanov, habelə nazirliyin digər aidiyyəti vəzifəli şəxsləri ərazidədirlər.
Yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir. Əlavə məlumat veriləcək.
-----------
Abşeron rayonunun Ceyranbatan qəsəbəsində Ceyranbatan su anbarının yaxınlığında yanğınsöndürmə işləri davam etdirilir. Bu barədə Anews.az-a FHN-dən məlumat verilib.
Yanğının söndürülməsi üzrə əməliyyata nazirliyin Aviasiya dəstəsinin 2 ədəd helikopteri cəlb olunub.
Əlavə məlumat veriləcək.
------------
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Abşeron rayonunun Ceyranbatan qəsəbəsində Ceyranbatan su anbarının ərazisində quru ot və kol-kos yanması barədə məlumat daxil olub.
Anews.az bu barədə FHN-ə istinadən məlumat verir.
Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvə və texnikası hadisə yerinə cəlb olunub.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























