• $
  • €
  • ₽
  • ₺
  • £

Taleh Bağırzadə Milli Şuradan istefa verdi

Taleh Bağırzadə Milli Şuradan istefa verdi
11.06.2020 14:57
Müsəlman Biriliyi Hərəkatının həbsdə olan sədri Taleh Bağırzadə Milli Şuranın Koordinasiya Mərkəzinin üzvlüyündən istefa verib.
 
Anews.az-ın xəbərinə görə, bu barədə onun "Facebook" səhifəsində bəyanat yayılıb.
 
"Bildirmək istəyirəm ki, "cinsi azlıqlar” dinimizdə birmənalı olaraq qəbul edilmir və İslam dəyərlərinə tamamilə ziddir. Lakin iclasdan yayılmış görüntülərdən sonra Milli Şuranın üzvləri, başda Cəmil Həsənli və Əli Kərimli olmaqla "cinsi azlıqların” müdafiəsinə qalxmış, onlarla həmrəylik nümayiş etdirərək müsəlman xalqımızın dini inancını təhqir etmişdir. Yaranmış durumdan qaynaqlanaraq din məhbuslarının müdafiəçiləri, İslam dini və mənəvi dəyərlərimizin təbliğatçıları, hörmətli ziyalımız Eldəniz Quliyev, din xadimlərimiz Rövşən Əhmədli, Hacı İlqar İbrahimoğlu və Məşədi Natiq Kərimov haqlı olaraq etiraz səsini ucaltmış və qurumda olanlar oradan istefa vermişlər.
 
Mən Milli Şura üzvü olaraq bir daha bildirirəm ki, dırnaqarası cinsi azlıqlar dinimizdə birmənalı olaraq qəbul edilmir və onların müdafiəsi birbaşa dinimizə və mənəvi dəyərlərimizə həqarətdir! Milli Şura üzvlərinin belə şəxsləri müdafiəsi şəxsim və Müsəlman Birliyi Hərəkatı tərəfindən qəbul edilməzdir. Mən də yaranmış rüsvayçı vəziyyəti bağışlanmaz hesab edərək Milli Şuranı tərk etdiyimi bəyan edirəm”.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol