• $
  • €
  • ₽
  • ₺
  • £

Zərdabda 18 kəndin qaz problemi həll olundu

Zərdabda 18 kəndin qaz problemi həll olundu
11.06.2020 16:32
Zərdab rayonunda 4 min abonenti əhatə edən 18 kəndin qaz təchizatı yaxşılaşdırılıb.
 
"Azəriqaz" İstehsalat Birliyindən Anews.az-a bildirilib ki, iyunun 11-də həmin kəndlər üzrə qaz təminatında mühüm rola malik Qarasu çayının üzərindən keçən qaz xətti tamamilə yenilənib.
 
2020-2021-ci illər ərzində qaz təchizatının yaxşılaşdırılmasına dair həyata keçirilən tədbirlər proqramına uyğun olaraq Zərdab rayonunun Salahlı kəndi yaxınlığında Qarasu çayının içindən keçən qaz xətti bərpa edilərək yenidən istismara verilib.
 
Diametri 219 mm olan polad kəmər, çay üzərindən 60 metrlik məsafəni dayaqlar üzərində, diametri 530 mm-lik borunun içərisi ilə aparılaraq keçirilib. Bu da qaz xəttinin dayanıqlığına tam zəmanət verir. Buna qədər həmin ərazidəki qaz xətti sel sularının təsirindən çay yatağının dəyişməsi zamanı xeyli aşağı düşmüşdü. Bəzi hallarda boru su altında qalırdı. Artıq Qarasu çayından keçən qaz xətti 4 metr hündürlüyündə dayaqlar üzərində təhlükəsiz şəraitdə istismar olunacaq.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol