Bilet satışı uçuşa 72 saat qalmış dayandırılacaq - RƏSMİ

Hazırda sadəcə olaraq ölkədaxili uçuşların bərpası qərarı verilib.
Anews.az xəbər verir ki, bunu "Azərbaycan Hava Yolları" QSC-nin vitse-prezidenti Eldar Hacıyev Operativ Qərargahın bugünkü brifinqində deyib:
"Beynəlxalq uçuşlar üçün növbəti həftələrdə qərarlar veriləcək. Bizim uçuşlar barədə qaydalarımız bu gün təsdiq olunub və bütün dövlətlərə bu təlimatlar göndəriləcək. Əgər hansısa hava şirkəti bu qaydalara riayət etmək şərtilə ölkəmizə gəlmək istəyəcəksə, Operativ Qərargahın qərarı ilə o hava limanı şirkətlərinin ölkəmizə gəlməsinə şərait yaradılacaq".
O bildirib ki, Bakı-Naxçıvan istiqamətində bilet alındıqdan sonra TƏBİB-in xüsusi laboratoriyasında sərnişin haqqında onlayn məlumat yerləşdiriləcək: "Bütün biletlər onlayn şəkildə satılacaq. TƏBİB-in hansı laboratoriyasına, hansı saatda getməsi bu sistemdə qeyd olunacaq. Bütün sərnişinlər dövlət hesabına COVID-19 testindən keçəcəklər. Test nəticəsi 48 saat qüvvədə qalacaq".
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























