Azərbaycanda anomal istilər gözlənilir

Azərbaycanda builki yay dövründə ayrı-ayrı günlərdə anomal isti günlərin olacağı istisna edilmir.
Anews.az xəbər verir ki, bunu Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin baş hidroloqu Asif Verdiyev deyib.
Onun sözlərinə görə, adətən, yay dövründə anomal istilər iyul-avqust aylarının ayrı-ayrı günlərində müşahidə edilir:
"Statistik məlumatlar da onu göstərir ki, əvvəllər davamlı anomal isti günlər 1-2 gün davam edirdisə, artıq son illərdə belə günlər davamlı olaraq, 1 həftəyədək müşahidə edilir. Bu da o deməkdir ki, ilbəil istiləşmə olur”.
A.Verdiyev əlavə edib ki, Bakı və Abşeron yarımadasında 35 dərəcədən yüksək temperaturun qeydə alındığı günlərin sayı artıb.Mütəxəssis bunun iqlim dəyişikliyi ilə əlaqədar olduğunu söyləyib:
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























