TƏBİB ofis daxilində koronavirusdan qorunma qaydalarını açıqladı

Tibbi Ərazi Bölmələrini İdarəetmə birliyi (TƏBİB) ofis daxilində koronavirusdan qorunmaq üçün qaydaları açıqlayıb.
Anews.az xəbər verir ki, TƏBİB-dən bildirilib ki, ofis binalarının əməkdaşları, sahibkarlar və menecerlər ofis daxilində COVID-19 infeksiyasından qorunmaq üçün bu qaydalara əməl etməlidirlər:
-Əməkdaşlar COVID-19 haqqında maarifləndirilməli, ofisdə gigiyenaya riayət etməyə təşviq etməklə bağlı posterlər yerləşdirilməlidir.
- Xəstəliyi olan əməkdaşlar ofis binasına buraxılmamalı və evdə izolyasiya olunmasına şərait yaradılmalıdır.
- Ofis birdəfəlik salfetlərin atılması üçün qapalı zibil qabları ilə təmin olunmalıdır.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























