• $
  • €
  • ₽
  • ₺
  • £

Hacı İbrahimin qudası həbs edildi

Hacı İbrahimin qudası həbs edildi
12.06.2020 14:21
Azərbaycanın tanınmış iş adamı Hacı İbrahim Nehrəmli (İbrahim İbrahimov) barəsində yayılan ittihamlara cavab verib.
 
Hazırda öz biznesilə məşğul olduğunu deyən İbrahim Nehrəmli insanları şayiələrə uymamağa çağırıb: "Mahir Quliyev mənim qudamdır, bunu inkar etmək olmaz. Amma o ayrı fəaliyyətlə məşğul idi, mən ayrı. Hərə də özünə cavabdehdir”.
 
Bu barədə geniş şərhə ehtiyac görməyən iş adamı hazırda aqrar sahə ilə bağlı işlərini davam etdirdiyini qeyd edib:
 
"Ötən dəfə bildirdiyim kimi, suvarma problemimiz vardı, amma artıq həll olunub. Taxılımızı biçdik, yaxşı da məhsul götürdük. Hazırda 1500 hektar yonca, 700 hektar qarğıdalı əkirik. İnşallah bəhrəsini də görəcəyik”.
 
Xatırladaq ki, Dövlət Təhlükəsizliyi Xidmətinin 2020-ci il aprelin 29-da həyata keçirdiyi əməliyyat-istintaq tədbirləri nəticəsində Biləsuvar rayon icra başçısı Mahir Quliyev saxlanılıb. Rayonun keçmiş başçısı Mahir Quliyev haqqında həbs qətimkan tədbiri seçilib.
 
Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) yaydığı məlumata görə, Mahir Quliyev "vəzifə səlahiyyətlərindən sui-istifadə etmə", "təkrar rüşvət alma", "mənimsəmə faktlarına görə" maddələri ilə ittiham olunur.
 
DTX-nın yaydığı videoda Mahir Quliyev "əməllərini" etiraf edərək, "bundan utandığını" bildirib.
 
Prezident İlham Əliyev sərəncamı ilə Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev aprelin 30-da vəzifəsindən azad edilib.Modern.az

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol