120 manata 10 həb: Bakıda keçmiş müəllim psixotrop dərman satışı ilə məşğul olurmuş

Bakı Metropolitenində polis tərəfindən həbs olunan 1963-cü il təvəllüdlü Mirvari Hüseynova əvvəllər paytaxtın Yasamal rayonundakı Faiq Rzayev adına 150 nömrəli orta məktəbdə ibtidai sinif müəllimi işləyib.
Bu barədə Anews.az hüquq-mühafizə orqanlarına istinadla məlumat yayıb.
Xatırladaq ki, qadın iyunun 10-da Bakı metrosunda əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb. O, psixotrop dərmanlar satmaqda şübhəli bilinib.
Eyni zamanda, M.Hüseynovanın təkbaşına fəaliyyət göstərmədiyi müəyyən olunub. Metroda çox şübhəli davranan 22-25 yaşlı gənclər əməliyyatçıların diqqətini çəkib. Onlardan biri sonradan tutulub. Məlum olub ki, M.Hüseynova saxlanılan şəxsdən kuryer kimi istifadə edib. O, M.Hüseynovanın adından malı alıcıya çatdırıb və pulu götürüb. "Tramadol”un 10 həbi 120 manata satılıb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























