• $
  • €
  • ₽
  • ₺
  • £

Uzunmüddətli sərt karantin rejiminə keçmək gündəmə gələ bilər - TƏBİB

Uzunmüddətli sərt karantin rejiminə keçmək gündəmə gələ bilər - TƏBİB
12.06.2020 21:36
Azərbaycanda koronavirusa yoluxan asimptomatik xəstələrin evdə müalicəsi ilə bağlı protokollar hazırdır.
Anews.az bildirir ki, bunu açıqlamasında TƏBİB-in İnfeksion xəstəliklər üzrə işçi qrupunun rəhbəri Vasif Əliyev bildirib.
V. Əliyev qeyd edib ki, imkan çatdıqca koronavirusa yoluxan xəstələrin evdə deyil, xəstəxanalarda müalicəsinə çalışmaq qarşıya məqsəd qoyulub:
"Çünki xəstənin həkim və ailə üzvlərinin nəzarətində olması fərqli hallardır. Təbii ki, ilk günlərdə asimptomatik vəziyyətdə olan xəstələrin də kliniki vəziyyəti sonradan gələcəkdə ağırlaşa bilər. Bu zaman zəmin xəstələr xəstəxanada olmadığına görə onların durumlarının daha da ağırlaşması ehtimalı var. Buna görə imkanımız çatana qədər asimptomatik, yüngül formada olan xəstələrin də xəstəxanada müalicəsinin tərəfdarıyıq ki, ölüm riski aşağı düşsün. Amma gələcəkdə xəstəlik daha çox vüsət alarsa və artıq formada xəstələr xəstəxanaya yerləşdirildikdən sonra çarpayı çatışmazlığı olarsa, o zaman yüngül formada olan xəstələr evdə olacaq və onlara sahə həkimi tərəfindən ambulator tibbi xidmət göstəriləcək. Bununla bağlı protokollar hazırlanıb və son olaraq gözdən keçirilir. Belə davam etsə, iki günlük sərt karantin nəticə verməzsə, yoluxma artarsa, asimptomatik xəstələrin evdə müalicəsinə, o cümlədən uzunmüddətli sərt karantin rejiminə keçmək gündəmə gələ bilər. Asimptomatik xəstələrə Avropa və digər ölkələrdə bu cür xidmət göstərilirdi”

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol