• $
  • €
  • ₽
  • ₺
  • £

Rayonlara avtobusla gediş-gəlişlə bağlı əhaliyə VACİB XƏBƏR - RƏSMİ

Rayonlara avtobusla gediş-gəlişlə bağlı əhaliyə VACİB XƏBƏR - RƏSMİ
12.06.2020 23:42
Martın 19-u saat 00.00-dan etibarən respublikanın şəhər və rayonlarında qeydiyyatda olan nəqliyyat vasitələrinin, onların sahiblərinin və sərnişinlərinin Bakıya girişinə məhudiyyətlər qoyulub. Amma xüsusi icazəsi, xəstəliyi olan şəxslər icazəni təsdiq edən sənədi göstərərək, paytaxtda daxil ola bilərlər. Lakin rayonlardan Bakıya avtobusların işləməməsi, taksilərin isə "qiymət oxuması” onların Bakıya gəlməsində problemlər yaradır.
Bəs, bu problemin aradan qalxması üçün rayonlardan Bakıya ekspress avtobus xəttlərinin təşkili nəzərdə tutulurmu?
Məsələ ilə bağlı Anews.az-a açıqlama verən Nazirlər Kabinetinin Mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib ki, paytaxta gəlmək istəyən vətəndaşlar üçün ekspress avtobusların təyin edilməsi gözlənilmir:

"Müəyyən xəstələr var ki, onların müalicəsi, əməliyyatı yanlız Bakıda mümkündür. Belə xəstələrə həkim tərəfindən xüsusi arayış verilir. Həmin arayışla da insanların Bakıya gəlməsinə və getməsinə icazə verilir. Amma onların gəlməsi üçün avtobuslar ayrılmır. Əslində hər rayon üçün ekspress avtobusların təyin edilməsi mümkün də deyil. Təsəvvür edin ki, rayonlara ekspress avtobuslar göndərilir, amma 2 gün Bakıya heç kim gəlmir. Bu zaman həmin avtobus gərək həmin 2 günü rayonda gözləsin. Bu baxımdan bu məsələ gündəlikdə deyil”.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) İctimaiyyətlə əlaqələr sektorunun müdiri Nuridə Allahyarova isə saytımıza açıqlamasında bu məsələnin Operativ Qərargahın nəzarətində olduğunu bildirib:
"Bizim Operativ Qərargahın icazəsi olmadan rayonlardan Bakıya xüsusi avtobus xətləri təyin etməyə səlahiyyətimiz yoxdur. Ancaq vəziyyətdən asılı olaraq Operativ Qərargahın belə bir qərarı olarsa, tərəfimizdən həmin avtobuslar təşkil ediləcək”.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol