• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda iş saatları dəyişə bilər - Detallar

Azərbaycanda iş saatları dəyişə bilər - Detallar
13.06.2020 10:43
Azərbaycanda iş qrafiklərinin dəyişdirilməsi ilə bağlı məsələ həmişə aktualdır.

Anews.az xəbər verir ki, bunu Trend-ə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bildirib.M.Quliyev bildirib ki, iş qrafiklərinin dəyişdirilməsi Bakıda sıxlığın aradan qaldırılmasına kömək ola bilər:

"Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlının qaldırdığı bu məsələ çox aktualdır. Bu məsələni 5-6 il bundan qabaq Milli Məclisdə gündəmə gətirmişdim ki, Bakıda sıxlığın aradan qaldırılması üçün bu təcrübədən istifadə edilsin.

İş vaxtları, məktəblərin, universitetlərin dərs qrafiki müxtəlif saatlara çəkilsin və hamı eyni vaxtda səhər evdən çıxıb axşam evə qayıtmasın. Bu zaman çox böyük sıxlıq və gərginlik yaranır. Hesab edirəm ki, təkcə pandemiya dövründə deyil, sonrakı vaxtlarda da, xüsusən Bakı şəhəri üçün bu məsələ çox aktualdır.

Dərs və iş qrafikləri 1-2 saat fərqlə tərtib olunsa, həm nəqliyyatda sıxlığı aradan qaldıra bilərik, həm də bu, insanların kütləvi şəkildə bir yerə toplanması və virusa yoluxmaların qarşısının alınmasına kömək ola bilər.

Fərqli vaxtlarda işdən çıxan adamlar marketlərə, idman zallarına, restoranlara və digər yerlərə də fərqli vaxtlarda gedəcəklər və həmin məkanlarda gərginlik və sıxlığın qarşısı alınacaq. 1-2 saat fərq təkcə iş yerlərində deyil, bizim sosial həyatımızda da rahatlaşma gətirə biləcək”.

Komitə sədri vurğulayıb ki, bununla bağlı Avropa ölkələrinin təcrübəsi var: "Bəzi Avropa ölkələrində bir sıra yerlərdə iş səhər saat 7-də başlayır. Vacib deyil ki, hər yerdə iş səhər saat 9-da başlasın. Saat 07:00-da, 08:00-da, 10:00 və 11:00-da da iş başlaya bilər. Tez işə gələn də işdən tez çıxacaq və digər işləri ilə məşğul olacaq. Bu tədbir həyata keçirilə bilər. Bununla bağlı özəl sektora tövsiyə verilə bilər, dövlət qurumları da qərar qəbul edə bilər ki, hansı iş saat neçədə başlasın”.

Qeyd edək ki, R.Bayramlı bildirib ki, səhər və axşam saatlarında işə gəlib-gedənlərin sayının nizamlanması, nəqliyyatda sıxlığın yaranmaması üçün təkliflər hazırlanaraq Operativ Qərargaha təqdim edilib.

Onun sözlərinə görə, sıxlığın yaranmaması üçün müəssisələrə müraciətin edilməsi nəzərdə tutulur: "İş yerlərinə müraciət etmək istəyirik ki, işçilər 3 qrupa bölünsünlər və ayrı-ayrı saatlarda işə gəlsinlər”.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol