• $
  • €
  • ₽
  • ₺
  • £

“Öz itini gəzdirəndən sonra qonşuya vermək qadağandır” xəbərdarlığına aydınlıq gətirildi - RƏSMİ

“Öz itini gəzdirəndən sonra qonşuya vermək qadağandır” xəbərdarlığına aydınlıq gətirildi - RƏSMİ
13.06.2020 15:15
"Sərt karantin rejimində itlərin küçəyə çıxarılması hallarından sui-istifadə edilməməlidir. Hər şeyi cəza ilə, cərimə ilə tənzimləmək olmaz. Burada insan təfəkkürü, düşüncəsi əsasdır. Hər kəs başa düşməlidir ki, bu onun öz sağlamlığını qoruması naminə atılan addımdır. İnsanlar bir qədər məsuliyyətli olub, sui-istifadə hallarına yol verməməlidirlər”.
 
Anews.az-ın xəbərinə görə, bunu Baş Dövlət Yol Polisi İdarəsi İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev deyib.
 
Əməkdaşımızın "ev heyvanlarının gəzdirilməsində sui-istifadə hallarının qarşısını almaq üçün hansı addımlar atılacaq, itin kimə məxsus olduğu necə müəyyənləşdiriləcək” sualına K.Əliyevin bunu sırf insanların vicdanına buraxdıqlarını deyib.
 
 
"Hər dəfə bununla bağlı, polis işçiləri iti gəzdirənin kimliyini müəyyənləşdirmək üçün araşdırma apara bilməz. Belə addım atmamağı insanların öz ixtiyarına, vicdanlarına buraxırıq. Bu cür hallardan sui-istifadə etmək, düzgün deyil”.
 
Daha sonra o, bu cür hallardan yersiz istifadənin qarşısını almaq üçün müəyyən qadağaların tətbiq olunacağının qaçılmaz olduğunu bildirib.
 
"Nəzərə alınmalıdır ki, əgər ev heyvanlarının küçəyə çıxarılmasında sui-istifadə halları olarsa, bu vəziyyətin qarşısının alınması məqsədilə ötən həftə olduğu kimi bu dəfə də müəyyən məhdudiyyətlər tətbiq oluna bilər”,- deyə, Kamran Əliyev vurğulayıb.
 
Qeyd edək ki, 14 iyun saat 00:00-dan 16 iyun saat 06:00-dək ölkədə tətbiq olunan sərt karantin rejimi zamanı vətəndaşlar itini küçəyə çıxarmaq zərurəti yaranarsa, qısa müddət ərzində yalnız yaşadığı binanın həyətində ev heyvanlarını gəzdirə bilər.Demokrat.az

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol