• $
  • €
  • ₽
  • ₺
  • £

Polis maşınları postdan yoxlamadan buraxıb?

Polis maşınları postdan yoxlamadan buraxıb?
13.06.2020 16:44
Bu gün Bakının çıxış nöqtələrində böyük tıxac yaranıb.
 
Anews.az-in məlumatına görə, bununla bağlı məsələ sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Bildirilir ki, sürücülər 1 saatdan artıq müddətdə tıxacda gözləyiblər. Tıxac əsasən də Bakı-Ələt postunda müşahidə edilib. 1 saat tıxacda gözləyən sürücülər isə sonda heç bir yoxlama olmadan postu tərk ediblər.

Hadisə şahidlərindən biri də Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü deputat Naqif Həmzəyev olub. N.Həmzəyev "Qafqazinfo" ya bildirib ki, o da 1 saatdan artıq müddətdə Bakı-Ələt postunda tıxacda gözləyib: "Avtomobillərin çoxu 1 saat gözlədiklərinə görə nasaz vəziyyətdə yolda qalıb və onlara dəstək olmadığından tıxac yaranıb. Əksər avtomobillər yük maşınlarının yolundan istifadə edirlər. Bu proses də tənzimlənmədiyindən tıxac daha da uzanır". 

"Qafqazinfo" məsələ ilə bağlı Baş Dövlət Yol Polis İdarəsinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Kamran Əliyevlə əlaqə saxlayıb. O bildirib ki, maşınların yoxlanılmadan postdan buraxılması halı mümkün deyil: "Ancaq Bakı-Ələt postunda nəqliyyat vasitələrinin sıxlığı həqiqətən də müşahidə olunub. Biz rayon qeydiyyatı olmayan, o cümlədən Bakı şəhərini tərk etməyə icazə olmayanların rayona getməmələri barədə çağırış etdik. Buna baxmayaraq rayon istiqamətinə kütləvi axın var. Cənub, qərb və şimal istiqamətlərində də postlarda hazırda sıxlıq yaşanır. Amma yoxlanış aparılmadan nəqliyyat vasitələri buraxılmır. Kütləvi şəkildə avtomobillərin yoxlanılmadan buraxılması barədə məlumat bizə daxil olmayıb. Bu gün əsas etibarilə kimin Bakı, Sumqayıt, Abşeron şəhərini tərk etməklə bağlı icazəsi varsa, onlar postlardan buraxılır".

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol