Azərbaycanda vəzifəli şəxslərə CİNAYƏT İŞİ AÇILDI

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Gəncə şəhər Kəpəz rayon şöbəsində guya əməliyyat tədbirləri keçirilməsi nəticəsində bir sıra vəzifəli şəxslərin saxlanılması ilə bağlı informasiyalar yayılıb.
Anews.az-a Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri Günay Səlimzadə bildirib ki, DSMF-nin Gəncə şəhər Kəpəz rayon şöbəsinin vəzifəli şəxslərinin 2015-2017-ci illərdə yol verdikləri qanun pozuntuları barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən daxil olmuş material Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.
Cinayət işinin təfərrüatları barədə Baş Prokurorluğun Mətbuat xidməti tərəfindən ictimaiyyətə yaxın zamanda əlavə məlumat veriləcəkdir.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























