Bakıda "polislərə gül paylam"a aksiyasının müəllifi danışdı

İyunun 13-də İctimai Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) təşkilatçılığı ilə gərgin karantin rejimində fəaliyyət göstərən polis və həkimlərə dəstək fləşmobu keçirilib. Təşkilatın üzvləri xidmət başında olan polis və həkimlərə yaxınlaşıb, onlara gül təqdim ediblər.
Bu ideyanın müəllifi olan İSBAM sədri Samir Adıgözəlli bildirib ki, belə bir ideyanı hər kəs reallaşdıra bilərdi.
"Bunun üçün xüsusi bir təşkilatçılığa və maliyyəyə ehtiyac duyulmurdu. Biz bir neçə ay ərzində davam edən sərt karantin günlərində görürük ki, daha çox əziyyət çəkən həkimlər və polislərdir. Xüsusilə də son günlər polislərin ünvanına səslənən lazımsız fikirlər bizi belə bir fləşmobu keçirməyə vadar etdi. Təşkilatımızın bir neçə üzvü ilə xidmət başında olan polislərə və həkimlərə yaxınlaşıb onlara gül təqdim etdik. Bunu özümüzə bir mənəvi borc bildik. Hiss etdik ki, onlar bu diqqətdən olduqca məmnun qaldılar”, - o, bildirib.
Adıgözəllinin həmçinin söyləyib ki, bu aksiya reklam edilmək məqsədi daşımayıb . "Həmin aksiyanı İSBAM keçirib və burada hər hansı məqsəd güdməyib. Yeganə istəyimiz o olub ki, bizim əziyyətimizi çəkən insanları xırda bir jestlə yad edək, onlara dəstəyimizi nümayiş etdirək. Mən başqa qurumları da əziyyətli işdə çalışan peşə sahiblərinə hansısa formada dəstəyə dəvət edirəm”, - deyə o söyləyib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























