• $
  • €
  • ₽
  • ₺
  • £

Bəhram Bağırzadənin səhhəti ilə bağlı son durum açıqlandı

Bəhram Bağırzadənin səhhəti ilə bağlı son durum açıqlandı
15.06.2020 14:51
"Bəhram Bağırzadə hələ də Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsində ECMO aparatına qoşulu vəziyyətdədir. Səhhətində heç bir irəliləyiş yoxdur, sadəcə gözləmək lazımdır”,  bunu  əməkdar artist Bəhram Bağırzadənin həyat yoldaşı Şəhla Bağırzadə deyib.


O bildirib ki, həyat yoldaşına təcili ağciyər köçürülməsi məsələsi hələlik müzakirə olunmur. 


Mərkəzi Gömrük Hospitalının "Elmi Təcrübi və Tədris Mərkəzi”nin rəisi Rəşad Mahmudov isə bildirib ki, əməkdar artist ECMO cihazına bağlandıqdan sonra son sutkada xəstəliyin dinamikası az da olsa stabilləşib və müsbət gedişat qeydə alınıb: "Ağciyər xaricindəki digər orqanlarının funksiyalarının normaya dönməsi, laborator analizlərində mənfiləşmənin olmaması, eləcə də ağciyərlər aldığı zədədən dolayı funksiyasını göstərə bilmədiyi halda ECMO sayəsində hazırda bədənin oksigenləşməsi ilə əlaqədar hər hansı problemin olmaması ümidvericidir. Bəhram Bağırzadənin səhhəti ilə bağlı məsələlər yerli və xarici ekspertlərlə gündəlik olaraq müzakirə olunur. Azərbaycanın Birinci-vitse prezidenti Mehriban Əliyeva ilk gündən məsələni şəxsi nəzarətinə götürüb, əməkdar artistin müalicəsi üçün lazımi preparatlar təmin edilib”.

("Report”)
www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol