• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda koronavirusa yoluxma sayı niyə artır? — RƏSMİ AÇIQLAMA

Azərbaycanda koronavirusa yoluxma sayı niyə artır? — RƏSMİ AÇIQLAMA
15.06.2020 18:59
Karantin rejimi ilə bağlı yumşaldılmaya gedəndən sonra koronavirusa yoluxma sayının artması gözlənilən idi, biz bu rəqəmləri gözləyirdik”.

Demokrat.az-ın məlumatına görə, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) işçi qrupunun rəhbəri Vasif Əliyev Xəzər TV-yə müsahibəsində deyib.

V.Əliyevin sözlərinə görə, insanlara sosial məsafənin, maskadan istifadənin və şəxsi gigiyena qaydalarına əməl etməyin zəruriliyi bildirilib.

O qeyd edib ki, ancaq buna baxmayaraq yenə də virusa yoluxma hallarının sayında artım var: "Qaydalara əməl edən vətəndaşlarımızla yanaşı, koronavirusa inanmayan insanlarımız da kifayət qədərdir. Bəzi insanlar həkimə müraciət etmirlər.

Koronavirusa yoluxub özünü evdə müalicə edənlər var. Sonda xəstəxanaya gec üz tuturlar. Hətta xəstəliyi öz yaxınlarından belə gizlədirlər. Bu isə biz həkimlərin işini çətinləşdirir. Əgər yoluxma ilə bağlı vaxtında müraciət olunsa, xəstənin müalicəsi də asanlaşar, ölüm faizi də aşağı düşər. İnsanların xəstəliyi gizlətməsi və digər şəxslərlə təması yoluxma sayının artmasına səbəb olur”.

TƏBİB rəsmisi bildirib ki, Azərbaycanda yetərli sayda xəstəxana var, hətta biz hər cür vəziyyətə hazır olmaq üçün qısa zaman ərzində modul tipli xəstəxanalar yaratdıq, eləcə də "Yeni Klinika” istifadəyə verildi: "Ancaq gələcəkdə xəstəliyin artması bizə xəstələr üçün yer problemi yaşada bilər. Bu problem təkcə bizdə deyil, Avropa ölkələrində də yaşanır. Buna görə də biz vəziyyəti idarə olunan formada saxlamaq üçün həftəsonu karantinlərinə qərar verdik.

Əgər gələcəkdə virusa yoluxma sayı kəskin artarsa, dövlət xəstəxanaları ilə bərabər, özəl xəstəxanalar da bu prosesə cəlb oluna bilər. Xəstəliyi simptomsuz və yüngül keçirən xəstələrin evdə müalicəsi də aparıla bilər”.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol