• $
  • €
  • ₽
  • ₺
  • £

Piyadanı vurub öldürən sürücü yaxalandı

Piyadanı vurub öldürən sürücü yaxalandı
16.06.2020 10:59
Xaçmaz Rayon Prokurorluğu Xaçmazdakı yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb.
 
"Qafqazinfo” xəbər verir ki, iyunun 15-də, saat 22 radələrində, Xudat şəhəri ərazisində Siyəzən şəhər sakini Tərlan Əliyevin idarə etdiyi "VAZ-2102” markalı 53-BD-083 dövlət qeydiyyat nişanlı avtomobillə yolu keçmək istəyən piyadalar - İbrahim Şahbazov və Nurməhəmməd Seyidəliyevi vurması nəticəsində sonuncu aldığı xəsarətlərdən vəfat edib, İ.Şahbazov isə bədən xəsarətləri ilə rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Xaçmaz rayonunun prokurorluq və polis əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsini törədən sürücü tutularaq istintaqa cəlb edilib. 

Fakta görə rayon Polis Şöbəsinin İstintaq Bölməsində Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. 

Cinayət işi üzrə hadisə yerinə və meyitə baxış keçirilib, zəruri ekspertizalar təyin olunub və digər təxirəsalınmaz istintaq hərəkətləri həyata keçirilib.
İstintaqla hadisənin T.Əliyev tərəfindən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının kobud surətdə pozularaq idarə etdiyi avtomobillə törədilməsinə əsaslı şübhələr müəyyən edildiyindən o, şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub və müdafiəçinin iştirakı ilə dindirilib.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Açıqlamada bildirilib ki, bəzi Kütləvi İnformasiya Vasitələrində hadisəni törətmiş sürücünün guya hadisə yerindən qaçması ilə bağlı məlumatlar yayılıb. 

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol