• $
  • €
  • ₽
  • ₺
  • £

Naxçıvandan Bakıya qayıtmaq istəyən sərnişinlərin NƏZƏRİNƏ

Naxçıvandan Bakıya qayıtmaq istəyən sərnişinlərin NƏZƏRİNƏ
16.06.2020 11:42
İyunun 18-dən ölkə ərazisində daxili uçuşların - Naxçıvan Muxtar Respublikasına bərpa edilməsi nəzərdə tutulur. Ölkə ərazisində koronavirusa yoluxma hallarının qarşısının alınması məqsədi ilə "Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin daxili reyslərindən istifadə edən sərnişinlərdən COVID-19 testinin verilməsi tələb olunur.

Bu təşəbbüsə dəstək olaraq İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi "Sərnişinlər üçün onlayn növbə (COVID-19)” adlı yeni elektron xidmət istifadəyə verib.
Bu elektron xidmət vasitəsilə aviabilet sahibləri COVID-19 testi üçün müayinə vaxtını onlayn təyin edə biləcəklər.

Belə ki, vətəndaşlar agentliyin rəsmi internet səhifəsində "E-xidmətlər” bölməsində yaradılan "Sərnişinlər üçün onlayn növbə (COVID-19)” adlı altbölməyə keçid edərək açılan pəncərədə bilet nömrəsini daxil etməli və "Bileti yoxla” düyməsini seçməlidirlər. Bilet təsdiqini tapdıqdan sonra müayinə vaxtını təyin etmək üçün vətəndaş ona uyğun olan tarix və saatın yazıldığı "Randevu al” xanasını seçməlidir. Bu zaman ekranda görünən bildirişdə vətəndaşın müraciət edəcəyi tibb müəssisəsinin adı, ünvanı, eləcə də müayinə tarixi və saatı qeyd ediləcək.

Vətəndaş yuxarıda göstərilən eyni qayda ilə müayinə vaxtını dəyişə bilər. Bu zaman öncə alınan tarix silinəcək. Vətəndaşlar nəzərə almalıdırlar ki, randevunu icbari tibbi sığortanın platformasında yalnız uçuş tarixinə uyğun olaraq təqdim olunacaq aralıqda seçə bilərlər. Belə ki, uçuş tarixinə 48 saat qalmış randevu verilməsi mümkün olmayacaqdır (sərt karantin rejimi günləri tətbiq edilərsə həmin günlərə düşən randevuların müddəti dəyişdirilə bilər). Uçuşdan ən gec 48 saat əvvəl və ən tez 96 saat əvvəl COVID-19 üçün müayinədən keçmək lazımdır.

Tibb müəssisəsinə müraciət edən vətəndaş şəxsiyyət vəsiqəsini və uçuş biletini mütləq şəkildə qeydiyyatçıya təqdim etməlidir. Sərnişinlərdən tələb olunan COVID-19 testi ödənişsizdir.(Report)

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol