Dağıstanda baş verən atışmanın səbəbi məlum oldu - AÇIQLAMA/VIDEO

İyunun 16-a keçən gecə Azərbaycan vətəndaşları
ilə Dağıstan polisi arasında qarşıdurmanın səbəbi bəlli olub. Belə ki, sərhəddə ilişib qalmış vətəndaşlar onlardan daha sonra sərhədə yığılanların adlarının rəsmi Bakı tərəfindən göndərilən siyahıda gördüklərindən etiraz ediblər, bunu hazırda 2 aydan çoxdur sərhəddə
qalan və adının anonim saxlanılmasını istəyən vətəndaş anews.az-a bildirib.
"Hər həftə
90-120 arası azərbaycanlı vətəndaş Azərbaycan tərəfə keçir. Dünənki qarşıdurmada
məhz bu siyahı üzərində başlayıb. Dağıstan polisi vətəndaşlara yaxınlaşaraq sərhəddi
keçmək üçün siyahıya alınan 90 nəfərin adını açıqlayıb.Qarşıdurmada məhz bu
zaman yaşanıb. Çünki həmin siyahıda sərhəddə
yığışan vətəndaşlardan yalnız 14-15 nəfərin adı çıxıb. Digərləri başqa yerdə
olan Azərbaycan vətəndaşlarının adı olub. Qarşıdurma zamanı bir dağıstanli
polisin və 2 azərbaycanlının öldüyü barədə məlumatlar var", - o, bildirib.

Adının açıqlamasını istəməyən
vətəndaşımız onu da dedi ki, bu gün 150 soydaşımız Azərbaycan tərəfinə
keçirilib.
Hazırda Dağıstanla sərhəddə qalan başqa bir Azərbaycan vətəndaşı isə bildirir ki, o, pandemiya dönəmində xaricdə qalan Azərbaycan vətəndaşları üçün açılmış portalda apreldə qeydiyyata düşüb və mayın 18-dən Rusiya-Azərbaycan sərhədindədir. Amma bu gün sərhədi keçənlər arasında heç 10 gün deyil ki , sərhədə gəlmiş vətəndaşlarımız var.
"1991-ci ildə atamı itirmişəm. Anam məni təkbaşına böyüdüb. Himayəmdə iki azyaşlı iuşağım var. Bura qazancüçün 3 ay deyildi həlmişdim ki, sərhədlər bağlandı. İndi evə qayıtmaq istəyirəm. Rusiyaya gəlməyimə də peşman olmuşam. Adım həm portalda qeydiyyatdan keçib , həm də Rusiya FHN nümayəndəsi tərəfindən qeyd olunub. Mənə kömək edin ki, ailəmin yanına gedim", - deyə o, bildirir.
Həmin vətəndaşın dediyinə görə, hazırda 80 nəfərə qədər vətəndaşımızın polis tərəfindən saxlanılıb.
Azərbaycan
Prezidentinin xarici siyasət üzrə köməkçisi Hikmət Hacıyev baş vermiş hadisəyəı münasibət
bildirib.
"Həftəlik qrafik çərçivəsində 19 mayda 120 nəfər, 26 mayda 131 nəfər, 2
iyunda 122 nəfər, 9 iyunda 130 nəfər vətəndaş "Samur” sərhəd buraxılış məntəqəsindən
ölkəmizin ərazisinə keçib. Həmçinin bu həftə "Evə gedirəm” portalı vasitəsilə
qeydiyyata düşmüş vətəndaşların Bakı-Moskva-Bakı çarter reysi ilə geri
qaytarılması da nəzərdə tutulub", deyə Hacıyev vurğulayıb.
Dərbənd rayon polis idarəsindən isə bildirdilər ki, dünənki qarşıdurma zamanı və polis, nə də Azərbaycan vətəndaşlarından ölən olmayıb. Saxlanılanlar var, araşdırma aparılır.
Gülnar Nazimqızı
Video: Mahir Rüstəmli
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























