Cəlilabadın bir kəndinin 26 sakinində koronavirus aşkarlandı

Cəlilabad rayonunun 5 kəndində yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxma hallarının artım dinamikası müşahidə olunur.
Bunlar Həziabad, Bəcrəvan, Ağdaş, Komanlı və Şıxlar kəndləridir.Qeyd olunan ərazilər arasında ən çox yoluxma hallarının Ağdaş kəndində olduğu bildirilir.
Məlumata görə, bu kənddə 26 nəfərdə koronavirus aşkar edilib. Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının əməkdaşları bu kəndlərdə olublar. Sakinlərdən yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar yaxma analizləri götürülüb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























