• $
  • €
  • ₽
  • ₺
  • £

Qusar meşəsində əməliyyat: 2 nəfər saxlanıldı

Qusar meşəsində əməliyyat: 2 nəfər saxlanıldı
14.07.2014 10:41
Ağacları qıranlar iş başında tutulublarÖtən gün Qusar rayonunda ağacları məhv edən iki nəfər iş başında yaxalanıb. Qusar rayon polis şöbəsindən ANS PRESS-in bölgə müxbirinə istinadən verdiyi məlumata görə, dünən polisə məlumat daxil olub ki, iki nəfər meşəliyi məhv edir. Daxil olan məlumata əsasən polislər Qusar Meşə Mühafizə Bərpası Meşə müəssisəsinin 24 saylı Meşə Dolayında əməliyyat keçiriblər. Əməliyyat zamanı Quba rayonunun Kürkün kənd sakinləri Alim Adigözəl oğlu Abdullayev və 1992-ci il təvəllüdlü Səfa Vəliyulla oğlu Alışov ağacları kəsərkən yaxalanıblar.Polis onlara məxsus 2 ədəd “Tayqa” markalı elektrik mişarı və 2 ədəd “UAZ” markalı avtomobili tapıb. Avtomobillər kəsilmiş ağaclarla dolu olub.Araşdırmalar zamanı məlum olub ki, onlar həmin gün 2 ədəd 35 diametrli vələs, 3 ədəd 50-60 diametrli fıstıq ağaclarını kökündən kəsilərək, xüsusi formalarda doğrayıblar. Ehtimal olunur ki, onlar ağacları Bakıdakı taxta sexlərinə aparırmışlar.Müəssisənin gözətçisi Qədim Qədimovun ANS PRESS-in bölgə müxbirinə açıqlamasında bildirib ki, ağaclar qeyri-qanuni kəsilib. Kəsilən ağacların hamısı yaşıl və sağlam olub.Rayon polis şöbəsinn rəisi Arif Əsədovun ANS PRESS-in bölgə müxbirinə verdiyi məlumata görə, fakt ciddi şəkildə araşdırılır. Həmin şəxslərin izahatları alınıb və hələlik onlar sərbəst buraxılıblar. Rəisin sözlərinə görə, onlara heç bir güzəşt olunmayacaq. Hazırda mütəxəssislər onların meşəyə vurduqları ziyanı hesablayırlar. Onlar müəyyən olunan məbləğ müqabilində cərimələnəcəklər. ANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol