• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıdakı silahlı insidentin TƏFƏRRÜATLARI

Bakıdakı silahlı insidentin TƏFƏRRÜATLARI
14.07.2014 10:30
İki qardaşı qanına qəltan edən şəxs polis tərəfindən saxlanılıbBakının Binəqədi rayonunda baş verən cinayətin təfərrüatları məlum olub.Binəqədi rayon Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, iyulun 12-də, gecə saat 04:00-da Biləcəri qəsəbəsi, “Meydan” kimi məşhur olan ərazidə boks idmanı ilə məşğul olan şəxslər arasında dava ölümlə nəticələnib.Belə ki, 1978-ci il təvəllüdlü Samur Həsənov mübahisə nəticəsində 1981-ci il təvəllüdlü Fərid Həsənov və onun qardaşı 1977-ci il təvəllüdlü Şəhriyar Həsənovu vurub. Samur Həsənov ilk öncə Fərid Həsənovu boynundan tapança ilə güllələyib. Daha sonra qardaşı Şəhriyar Həsənovu qarnından bıçaqlayıb.Güllələnən qardaş hadisə yerində keçinib. Şəhriyar Həsənov isə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.Hadisə yerinə hüquq-mühafizə orqanları əməkdaşları cəlb olunub. Polisin keçirdiyi əməliyyat nəticəsində hadisəni törədən Samur Həsənov tutulub.Qeyd edək ki, hər üç hadisə iştirakçısı boksla məşğul olurmuş. Onlar Biləcəri meydanındakı idman zalında məşq edirmişlər. Deyilənlərə görə, qardaşlarla Samur Həsənov arasında həmişə narazılıq olub. Sonradan ortada söyüş söyüldüyü üçün münasibətlər daha da kəskinləşib. Onlar münasibətlərinə aydınlıq gətirmək üçün gecə saatlarında görüşüblər. Tərəflər yenə də ortaq məxrəcə gələ bilməyiblər. Bu səbəbdən əlbəyaxa dava düşüb. Dava zamanı Samur Həsənov gəzdirdiyi silahdan istifadə edib.Faktla bağlı Binəqədi rayon Prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır. ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol