• $
  • €
  • ₽
  • ₺
  • £

Sahil Babayev yanlış əlillik təyinatlarından DANIŞDI

Sahil Babayev yanlış əlillik təyinatlarından DANIŞDI
17.06.2020 10:08
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində əlillik və reabilitasiya məsələləri ilə bağlı işçi qrupunun videokonfrans formatında iclası keçirilib.

Qurumdan Anews.az-a verilən məlumata görə, iclasda Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq sosial sahədə aparılan islahatların əlillik və reabilitasiya sahələrini də əhatə etdiyini vurğulayıb. Nazir bildirib ki, əlilliyin qiymətləndirilməsi və tibbi-sosial reabilitasiya sistemlərinin şəffaflaşdırılması, bu sahələrdə aşkarlığın təminatı və inzibatçılığın təkmilləşdirilməsi, mütərəqqi təcrübələrdən irəli gələn meyarların tətbiqi üçün müvafiq işlər davam etdirilir. 

S.Babayev deyib ki, "Əlilliyin müəyyən olunması meyarları”nın layihəsi hazırda  razılaşdırma prosesindədir və bu meyarlar əlilliyin qiymətləndirilməsində əmək qabiliyyətinin itirilməsi faizinin əsas götürülməsini nəzərdə tutan yeni keyfiyyət dəyişikliyi yaradacaq. Həmçinin əlilliyi olan şəxslərin reyestri, bu kateqoriyadan olan vətəndaşların abilitasiyası, dərman preparatları, tibbi xidmət və ölkə hüdudları daxilində sanatoriya-kurort müalicəsi ilə təmin olunması ilə bağlı qaydaların və s. normativ aktların layihələri də hazırlanır.

Nazir "Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun təkmilləşdirilməsi üçün qanuna əlavə və düzəlişlərlə bağlı yeni təkliflərin də hazırlanmaqda olduğunu deyib.

S.Babayev yanlış əlillik təyinatlarının da aşkar edilərək ləğv edilməsi işlərinin davam etdirildiyini qeyd edib. O, bu il əsaslı təmir və yenidənqurma işlərindən sonra yeni reabilitasiya müəssisələrinin açılmasının nəzərdə tutulduğunu bildirib.

İclasda əlilliyin qiymətləndirilməsi üzrə ümumi icmal, statistik məlumat təqdim edilib, bununla əlaqədar, habelə yeni qanunvericilik layihələri və islahatlar, innnovasiyalar və təkmilləşdirmələrlə bağlı müzakirələr aparılıb. 

Nazirlik yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsin fəaliyyətinin təkmilləşdirilməsinə dair görülən işlər, əlilliyi olan şəxslərin reabilitasiyası sisteminin səmərəli təşkili, bərpa mərkəzlərinin maddi-texniki təchizatının gücləndirilməsi və müasirləşdirlməsi məsələləri nəzərdən keçirilib.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol