• $
  • €
  • ₽
  • ₺
  • £

Heç kim başqa rayona gedə bilməyəcək - VİDEO

Heç kim başqa rayona gedə bilməyəcək - VİDEO
17.06.2020 10:33
Həftə sonu sərt karantin qaydalarını pozaraq torpaq yollardan istifadə edib rayonlara gedən sürücülər cərimə olunacaqlar. 


Bu barədə məlumatı Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev deyib.Onun sözlərinə görə, həftə sonu iki gün Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri, Abşeron, İsmayıllı, Yevlax, Salyan və Kürdəmir rayonlarında hərəkət qadağan edildiyindən adı çəkilən şəhər və rayon sakinləri digər ərazilərə üz tutublar. Bu da paytaxta üç istiqamətdən giriş postlarında böyük sıxlığa səbəb olub.


Şöbə rəsi deyib ki, magistrallardan torpaq yollara girən sürücülər xüsusi texniki vasitələrin köməyi ilə aşkar ediləcək və inzibati qaydada məsuliyyətə cəlb olunacaqlar.


Qeyd edək ki, bu həftə ''icazə-e-gov.az'' portalından 260 min şəxs qeydiyyatdan keçib ki, onlardan da 70 min nəfərin ölkə ərazisi üzrə icazəsi olub. Müəyyən edilib ki, xüsusi karantin rejimi dövründə fəaliyyət göstərən təşkilat və müəssisələrin şəxsi avtomobilləri ilə hərəkətlərinə icazə verilmiş əməkdaşları onlara verilən bu imtiyazdan sui-istifadə edərək sərtləşdirilmiş rejim günlərindən öncə paytaxtı tərk edərək respublikanın müxtəlif regionlarına getməyə cəhd ediblər. Həmin şəxslərin müəyyən edilərək barələrində qanunauyğun müvafiq tədbirlər görülməsi üçün araşdırmalar aparılır.


Qeyd edək ki, ötən həftə sonu qadağanın tətbiq edildiyi 9 inzibati ərazi üzrə 635 nəfər inzibati qaydada cərimə edilib. Ondan öncəki həftədə isə bu rəqəm 1483 nəfər olub.


Kamran Əliyev onu da bildirib ki, növbəti həftələrdə sərtləşdirilmiş karantin tətbiq edilərsə rayonlara gedən torpaq yollarda da polis naryadları qurulacaq.(Qaynarinfo)

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol