İranla ticarət əlaqələrimiz kəskin azalıb - RƏQƏMLƏR

Bu ilin yanvar-may ayları ərzində Azərbaycanın İran ilə apardığı ticarət mübadiləsinin həcmi 129 milyon 348 min dollar olub və ötən ilin eyni dövrü ilə müqayisədə 2,2 dəfə azalıb.
Anews.az açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, bu ilin ilk 5 ayə ərzində Azərbaycan İrandan 116,3 milyon dollar dəyərində məhsul idxal edib, əvəzində isə İrana 13 milyon dollar dəyərində məhsul ixrac edib. Müqayisə üçün qeyd edək ki, ötən ilin ilk 5 ayında Azərbaycana İrandan 268 milyon dollar dəyərində məhsul idxal edilib, İrana isə 20,7 milyon dollar dəyərində məhsul ixrac edilib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























