Dövlət agentliyi həkimlərin aksiyasına münasibət bildirdi

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Abşeron Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinin əməkdaşlarının keçirdikləri aksiyaya münasibət bildirib.
Agentliyin Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aynurə Əhmədova qeyd edib ki, Abşeron Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinin əməkdaşları koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak etməyiblər.
Onun sözlərinə görə, Abşeron Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsi digər çağırışlar üzrə tibbi və təxirəsalınmaz xidmət göstərib: "Abşeron rayonu üzrə koronovirus infeksiyası ilə bağlı çağırışlara Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının əməkdaşları gedib. Bu stansiyanın koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb və qeyri-tibb işçilərinə mart ayı üzrə 345 730,02, aprel ayı üzrə 390 903,33 və may ayı üzrə 348 910,20 müddətli əlavələr ödənilib. Ümumilikdə, 1 milyon 85 min 543 manat 55 qəpik ödənililib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























