"Rüşvət aldığı təsdiqlənən polislər nəinki orqandan xaric ediləcək, hətta..." - DİN-dən AÇIQLAMA

"ASAN Xidmət tərəfindən verilən məlumata əsasən, iki gün ərzində faəliyyətinə icazə verilən təşkilatlarda işləyən 260 mindən də çox şəxs haqqında məlumat portala yerləşdirilmişdi. Şənbə gününə qədər 70 min, bir gün sonra 82 min nəfərin ölkədaxili hərəkət etməsinə icazə verilmişdi. 82 min şəxsin təkcə xidməti nəqliyyat vasitələri yox, şəxsi nəqliyyat vasitələrindən istifadəsinə də icazə verildi. Çox təəssüflər olsun ki, bundan da kütləvi şəkildə sui- istifadə hallarına yol verildi”
Anews.az xəbər verir ki, bunu Baş Dövlət Yol Polis İdarəsinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi Kamran Əliyev "Real TV"yə müsahibəsində deyib. O qeyd edib ki, elə təşkilatlar, müəssisələr var idi ki, onlara Nazirlər Kabinetinin qərarına əsasən məhdud sayda işçilər haqqında informasiyanı icazə portalına daxil etməli olduqları halda, nə qədər işçiləri var idisə hamısının ad soyadını portala daxil etmişdilər: "Aydın məsələdir ki, portalda onun hərəkətinə icazə varsa, onların sərbəst hərəkətinə icazə verilir. Görünən odur ki, bu məlumatların ən çox portala daxil edilməsində məqsəd həmin insanların məhz həmin günlərdə Bakı, Sumqayıt, Abşeron rayonunun inzibati ərazisini tərk etmək olub. Bu onların özlərinin də əziyyət çəkməsinə gətirib çıxardı.
K. Əliyev həmçinin postdan keçməyə görə polis əməkdaşlarına hər hansı rüşvətin verilməsi ilə bağlı iddialara da cavab verib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























