• $
  • €
  • ₽
  • ₺
  • £

“Azərsu”dan açıqlama: “Pandemiya ilə əlaqədar insanlar əllərini daha çox yuyurlar...”

“Azərsu”dan açıqlama: “Pandemiya ilə əlaqədar insanlar əllərini daha çox yuyurlar...”
18.06.2020 09:52
"Azərsu” Açıq Səhmdar Cəmiyyətinin ötən illərdəki təcrübəsi göstərir ki, iyun ayında suya tələbat pik həddə olur. Yəni havaların isinməsi iyun ayının birinci 10 günlüyünə təsadüf edir. Bu il də elə oldu, temperatur 35 dərəcəyə çatdı. Avtomatik suya tələbat artdı. Bakıətrafı ərazilərdə su hovuzları olanlar onları doldurmağa başladı. Bir amil də Kür çayında suyun səviyyəsinin azalması idi.
 
Anews.az-ın xəbərinə görə, bunu "Azərsu" ASC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Anar Cəbrayıllı deyib.
 
A.Cəbrayıllı bildirib ki, Ceyranbatandan suyun verilməsi mütəmadı artırılıb, amma kəmərlərdə təzyiq artmayıb, əksinə azalır: "Bunun da səbəbi istehlakın çox olması idi. Bilirsiniz ki, pandemiya ilə əlaqədar Bakı şəhərindən çıxış məhdudlaşdırılıb, deməli, hamı Bakıdadır. Nəzərə alın ki, bina evlərində yaşayanlar bu il bağ evlərinə tez köçdülər. Araşdırsanız, görərsiniz ki, bağ evlərində kirayə qiymətləri 3 dəfən çox artıb. Bina evində insanların orta aylıq sərfiyyatı təxminən 15 kubdur. Amma bağ evlərində hovuzu doldurmaq... Hesab edin ki, kiminsə evində 7 metr enində, 3 metr uzunluğunda, 2 metr hündürlüyündə hovuzu varsa, bura 42 kub metr su lazımdır. Həmin hovuza 54 saat dayanmadan su axmalıdır. Bina evində 54 saat suyu açıq qoya bilərsinizmi? Mümkün deyil. Bunların hamısı tələbatı artırır. Bir də ki, pandemiya ilə əlaqədar insanlar əllərini daha çox yuyurlar, gigiyenik qaydalara əməl edirlər. Təbii ki, əsas səbəb bu deyil. Əsas səbəblər sırasında suvarma da yer tutur. İnsanlar daha çox dekorativ bitkilərin, qazonların əkilməsinə üstünlük verirlər. Ağacları ayda iki dəfə suvarsan bəs edər, amma qazona hər gün su verməlisən ki, qurumasın”.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol