• $
  • €
  • ₽
  • ₺
  • £

Bakı metrosunda sərnişinlər üçün YENİLİK

Bakı metrosunda sərnişinlər üçün YENİLİK
18.06.2020 10:50
Bu gündən etibarən metro qatarlarında sərnişinlərə karantin qaydaları ilə bağlı yeni müraciət səsləndirilir.

Bu barədə  "Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.

O bildirib ki, karantin qaydaları çərçivəsində qoruyucu vasitələrdən istifadəyə laqeyd yanaşan sərnişinlər üçün yeni elan hazırlanıb:

"Bu gündən etibarən stansiyalarda karantin qaydaları ilə bağlı 6 yeni poster yerləşdiriləcək. Bundan başqa, stansiyalarda sərnişinlərin qoruyucu maskalardan istifadəyə məsuliyyətli yanaşmaları üçün yeni elan verilib. Elanı Dj Fateh səsləndirib. Onun səsi ilə sərnişinlərə karantin rejimi ilə bağlı metodiki göstərişlərə riayət etmək, sosial məsafəni qorumaq tövsiyə olunacaq. Çalışmışıq ki, elan yorucu olmasın. Fərqli müraciət forması olacaq. Düşünürük ki, bu diqqət çəkəcək və maraqla qarşılanacaq”.

Metroda karantin qaydalarının pozulması ilə bağlı isə qurum rəsmisi bildirib ki, bununla bağlı statistika metropoliten əməkdaşları tərəfindən aparılmır:
"Əməkdaşlarımız platformada qoruyucu vasitələri çıxaran şəxslərə yaxınlaşaraq, maskaları qaydalara uyğun şəkildə istifadə etməyi tövsiyə edir. Qayda pozuntusu və cərimə məsələlərinə polislər nəzarət edir”.(oxu.az)

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol