• $
  • €
  • ₽
  • ₺
  • £

Sahil Babayevin 25 işçisi koronavirusa yoluxdu

Sahil Babayevin 25 işçisi koronavirusa yoluxdu
18.06.2020 11:33
"Hazırki dövrədək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 25 əməkdaşı koronavirus infeksiyasına yoluxub”.

Bu barədə Oxu.Az-ın sorğusuna qurumun İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov bildirib.

Onlardan üçü Dövlət Məşğulluq Xidmətinin işçisi (1 nəfər 5 saylı ərazi Məşğulluq Mərkəzinin (Xətai, Nəsimi, Zəngilan), 1 nəfər 4 saylı ərazi Məşğulluq Mərkəzinin (Nərimanov, Binəqədi, Şuşa), 1 nəfər Şəmkir rayon Məşğulluq Mərkəzinin əməkdaşıdır); 

altısı Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin işçisi (2 nəfər Xidmətin aparatının, 3 nəfər Protez-Ortopedik Bərpa Mərkəzinin, 1 nəfər Yevlax Əlilliyi olan şəxslərin Bərpa Mərkəzinin əməkdaşıdır);

16 nəfər isə Dövlət Sosial Müdafiə Fondunun işçisidir (1 nəfər Fondun Aparatının, 11 nəfər Qobustan şəhər şöbəsinin, 4 nəfər Yevlax şəhər şöbəsinin əməkdaşıdır).

Xəstələrin vəziyyəti yaxşıdır. Müalicələri davam edir. 

Paralel olaraq Nazirlik əməkdaşlarının virusdan qorunması üçün ciddi profilaktik tədbirlər davam edir. Əməkdaşlar arasında bu istiqamətdə maarifləndirmə və digər zəruri tədbirlər görülür. 

Nazirlik də hər kəsi aidiyyəti qurumların çağırışlarına ciddi əməl etməyi, virusdan qorunma üçün tətbiq edilən izolyasiya və gigiyenik tədbirləri gündəlik həyat tərzinə çevirməyə çağırır.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol