• $
  • €
  • ₽
  • ₺
  • £

Yenidən sərtləşdirmə qərarı verilməsinin səbəbi açıqlandı - RƏSMİ

Yenidən sərtləşdirmə qərarı verilməsinin səbəbi açıqlandı - RƏSMİ
18.06.2020 20:50
"Koronavirus pandemiyası nəinki Azərbaycan, bütün dünya ölkələri üçün gözlənilməz olub”. 
Anews.az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında operativ qərargahın KİV nümayəndələri üçün keçirilən brifinqində Milli Məclisin Səhiyyə komitəsinin sədrinin müavini Rəşad Mahmudov deyib.
O bildirib ki, bu gün virusla birbaşa mübarizə aparacaq vaksin yoxdur:

"Bütün çətinliklərə rəğmən, pandemiya ilə var gücümüzlə, bütün imkanlarımızla mübarizə aparmalıyıq. Koronavirus heç kimin orqanizminə baxmır. Məhz bu səbəbdən koronavirusa yoluxma və ölüm sayına baxmayaraq, hələ də "koronavirus varmı?” sualını verən şəxslərin olması təəssüf doğurur. 
Cəmiyyətin, deyərdim ki, böyük hissəsi epidemioloji qaydalara əməl etmir. Bu isə hökuməti daha sərt qərarlar verməyə məcbur edir. Xoşagəlməz hadisələrin baş verməsinə səbəb olan bu vəziyyətə qarşı heç nə edə bilmirik. Yumşalma mərhələsindən sonra yenidən sərtləşməyə qərar verməyə məcbur olduq. 
Bütün bunlar xəstələrin sayının artmasına, xəstəxanada çarpayıların getdikcə məhdudlaşmasına gətirib çıxara bilər. COVID-19-la mübarizədə yeni nəticələr bizi ciddi şəkildə qorxudur.
Dövlət başçısının tapşırığı ilə ilkin mübarizə bütün dünya ölkələri üçün nümunə idi. Amma indi yaranmış vəziyyət Azərbaycan dövlətini yenidən sərt addımlar atmağa vadar edir”.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol