Əmək müfəttişliyinin elektron nəzarət sistemi qurulur

Əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarəti sahəsində yeni və müasir metodlar hazırlanır.
Nazir qeyd edib ki, əsas hədəflərdən biri kimi, əmək müfəttişliyinin elektron nəzarət sistemi qurulmaqdadır: "Nəzarətlə əlaqədar elektron protokolların tərtib edilməsi və elektron qərarın qəbul edilməsi "Monitorinq” altsistemi vasitəsilə həyata keçiriləcək. Hazırda bunun üçün həmin altsistemin müvafiq funksional imkanlarının formalaşdırılması prosesi gedir".
O bildirib ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq pandemiya dövründə reallaşdırılan sosial dəstək tədbirlərinin mühüm istiqaməti kimi, iş yerlərinin, muzdla çalışan 1 milyon 665 minədək işçinin iş yeri və əməkhaqqı gəlirləri qorunması işləri davam edir. "Əmək müqaviləsi bildirişi” altsistemində bununla bağlı işəgötürənlərə xəbərdarlıqlar yerləşdirilib. Həmçinin e-sistem üzərindən bu istiqamətdə gündəlik nəzarət aparılır, e-sistemə əmək müqaviləsinə xitam verilməsi ilə bağlı bildiriş daxil edən işəgötürənlərlə dərhal əlaqə saxlanılır. Xitam səbəbləri dəqiqləşdirilir, xitam qanunvericiliyə uyğun olmadıqda, həmin işçilərin işə bərpası təmin edilir. Karantin dövründə vətəndaşların evdən çıxaraq sərbəst hərəkətinə şərait yaratmaq üçün e-sistemə real olmayan əmək müqaviləsi bildirişləri daxil etdiklərinə əsaslı şübhələr yaranan işəgötürənlərlə bağlı məlumatlar da hüquq-mühafizə orqanlarına təqdim edilir".
Qeyri-formal məşğulluğun qarşısının alınması istiqamətində tədbirlərin davam etdirildiyini deyən S.Babayev "Qeyri-formal məşğulluğa nəzarət” Vahid İnformasiya Sisteminin yaradılmasının da nəzərdə tutulduğunu diqqətə çatdırıb. O bildirib ki, Beynəlxalq Maliyyə Korporasiyası (İFC) ilə əməkdaşlıqda əmək müfəttişliyinin müasir metodologiya üzrə və risk əsaslı nəzarət mexanizminin yaradılması işləri da davam edir.
İclasda "Əmək müqaviləsi bildirişi” və "Məşğulluq” altsistemlərinin, fərdi uçot sisteminin müqayisəli təhlilllərinin aparılması, həmçinin İcbarı Sığorta Bürosunun informasiya sistemi ilə müqayisəli təhlil aparılmaqla sığorta müqaviləsi bağlamamış işəgötürənlərin müəyyənləşdirilməsi üçün görüləcək işlər nəzərdən keçirilib. Dövlət Əmək Müfəttişliyi Xidmətinin fəaliyyətinin təkmilləşdirilməsi üçün qarşıda duran vəzifələrdən bəhs olunub.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























