İki aylıq "Sosial iş"ə cəlb edilənlərə 43 manat verilib - Gədəbəydən ŞİKAYƏT

"İki ay bizi sosial işə cəlb etdilər. İki ay üçün 43 manat maaş verdilər"- bu barədə Gədəbəy rayon sakinləri Samir Aliyev, Nərminə Verdiyeva və Sabir Əliyev Anews.az-a göndərdiyi şikayət məktubunda bildirir.
Onların sözlərinə görə, koronavirus pandemiyası səbəbindən 190 manat ala bilmədikləri üçün sosial işə cəlb olununublar.
"Koronavirus pandemiyasına görə, işsizlər və aztəminatlı ailələrə 190 manat yardım verilirdi. Biz də müraciət etdik. 190 manatı ala bilmədik. Bundan sonra Gədəbəy rayon Məşğulluq Mərkəzindən işsiz kimi qeydiyytdan keçərək iki aylıq müvəqqəti sosial işə cəlb olunduq. Gədəbəy şəhər icra nümayəndəliyinin tabeçiliyində iki ay işlədik. İki ay üçün maaş kartı aldıq. Sosial işə hər ay üçün 250 manat verildiyi halda, bizə cəmi 43 manat maaş verildi", - deyə sakinlər bildirirlər.
Həmin sakinlər aidiyyatı qurumlardan maaşlarının tam ödənilməsini xahiş edir.
Məsələ ilə bağlı Gədəbəy şəhər icra nümayəndəsi Şakir Məsimovla əlaqə saxladıq. Məsimov bildirir ki, iki aylıq sosial işə cəlb olunanların pulları tam veriləcək.
"43 manat 4 iş gününün əmək haqqıdır. Vətəndaşlar tələskənlik edirlər. İki ay üçün nəzərdə tutulan məbləğ həmin şəxslərin kartlarına köçürüləcək" -deyə Məsimov əlavə etdi.
Zaur Qənbərov
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























