“Azərsu” rəsmisindən su problemi ilə bağlı AÇIQLAMA

"Susuz deyilik, sadəcə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin də verdiyi məlumatlara görə, hər il ölkədə su ehtiyatlarında azalma dinamikası müşahidə olunur. Ötən ilin müvafiq dövrü ilə müqayisədə (iyun ayının ilk 10 günü - red.) bu il suya tələbat 38 faiz artıb”.
Anews.az xəbər verir ki, bunu "Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı ATV telekanalında yayımlanan "ATV Qərargah” verilişində çıxışı zamanı deyib.
O bildirib ki, bu gün su ehtiyatları az olsa da, ölkədə su ilə bağlı yarana biləcək ciddi təhlükənin qarşısının alınması istiqamətində zəruri tədbirlər həyata keçirilib:
"Martın əvvəllərində "Şəmkirçay” Sutəmizləyici Qurğular Kompleksi istifadəyə verilib. Eyni zamanda, Şəmkirçay ilə yanaşı, Taxtakörpü su anbarı da tikilib. Əgər Taxtakörpü su anbarı bir neçə il bundan əvvəl tikilməsəydi, keçən ilin yay aylarında Bakı şəhərində su qıtlığı yarana bilərdi. Ötən həftə paytaxtın bir sıra ərazilərində yaşanan su problemi isə obyektiv səbəblərlə bağlı idi. Bilirsiniz ki, Kür çayında suyun səviyyəsi aşağı düşüb və bununla əlaqədar çaydan suyu götürərək emala göndərən üzən nasos stansiyalarında çətinlik yaranıb.
Lakin bir həftə ərzində xüsusi texnika ilə həmin ərazidə əməkdaşlarımız işlər gördü, nasosların ətrafı lildən təmizləndi. "Azərsu” ASC Kürdən Bakıya saniyədə bir kubmetrdən az su verirdi. Havaların istiləşməsi ilə suya tələbat da artdı. Mövsümlə əlaqədar bağ sahələrində hovuzlar, suvarma məsələləri rejimlərimizdə kiçik çətinliklər yarandı. Suyun təzyiqini artırsaq da, xətlərdə problemlər meydana gəlirdi. Problemlərin böyük əksəriyyəti şəhərin şərq hissəsində - Xəzər, Suraxanı, Sabunçu, Abşeron rayonları və Bağlar massivində hiss olundu”.
A.Cəbrayıllı onu da əlavə edib ki, şəhərin qərb hissəsində də kiçik problemlər hiss olunsa da, qısa zaman ərzində aradan qaldırılıb:
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























