2 həftəlik sərt karantin dövründə açıq havada gəzmək mümkün olacaq

"Vətəndaşlar bu iki həftə ərzində yaşayış yerlərini yalnız ərzaq, dərman, açıq havada gəzmək,tibbi zərurət üçün içazə veriləcək. Bunun üçün sadəcə 8103 qısa nömrəsinə müvafik kodu yazmaq lazımdır. Bunun üçün isə gün ərzində insanlara yalnız 1 dəfə icazə veriləcək".
www.anews.az
Bunu ASAN-ın sədri Ülvi Mehdiyev Operativ qərargahda bildirib. O əlavə edib ki, vətəndaşlar öncəki aylardan icazə SMS-dən istifadə etdiyi üçün bu iki həftə ərzində çətinlik yaranmayacaq. Ülvi M. vətəndaşlara lazımsız mesajları yazmaqla 8103 kanalını yükləməməyi tövsiyə edib.
Ü. Mehdiyev deyib ki, icaze.e-gov.az portalı fəaliyyətinə icazə verilmiş qurumlar və əməkdaşlar üçündür: "Fəaliyyətinə icazə verilən dövlət və özəl təşkilatlar öz əməkdaşları barədə məlumatı icaze.e-gov.az-a daxil edəcək. Bu, yalnız işə gəlmək və getmək üçündür”.
Əgər vətəndaş ASAN-da, yaxud bankda xidmət üçün 2 kodu ilə çıxıbsa və 2 saata geri qayıda bilmirsə, həmin qurumların arayışı ilə də geri qayıda bilərlər”.
Qeyd edək ki, ötən dövrdə gün ərzində icazə SMS-lərin sayı 1 milyonu keçib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























