"Bütün imtahanları onlayn etsək, bizi məhkəməyə verəcəklər"-Məleykə Abbaszadə

"100 min insanın eyni gündə onlayn imtahan verməsi qeyri-mümkündür”.
Anews.az xəbər verir ki, bu sözləri Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə onlayn mətbuat konfransında deyib. O, bildirib ki, insanların texnoloji biliyi və ya imkanları hamı üçün bərabər deyil:
Biz rus sektoru üçün azərbaycan dili fənnindən onlayn sınaq imtahanı elan etdik və qısa müddətdə 500 yer doldu. Ancaq cəmi 120 nəfər iştirak etdi, qalanları digərlərinin yerini tutdu. Həmin imtahanın onlayn keçiriləcəyi ilə bağlı açıqlamadan sonra bizə, hətta valideynlər tərəfindən məktublar gəldi ki, bütün imtahanları onlayn etsək, bizi məhkəməyə verəcəklər.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























