2 həftəlik sərt karantin rejimində “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərinin fəaliyyət göstərəcək

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə müvafiq Qərarına əsasən 2020-ci il 21 iyun saat 00:00-dan 5 iyul saat 06:00-dək qeyd olunan ərazilərdə məhdudiyyətlər tətbiq olunacaq.
Məhdudiyyətlərin tətbiq edildiyi müddətdə vətəndaşlar "ASAN xidmət” və "ASAN Kommunal” mərkəzlərinin xidmətlərindən yararlana biləcəklər. Lakin Nazirlər Kabinetinin müvafiq Qərarı ilə məhdud sayda əməkdaşların işə çıxmasının təmin edilməsi məqsədi ilə 1 saylı Bakı "ASAN xidmət” və 2 saylı Bakı "ASAN Kommunal” mərkəzlərində sənəd qəbulu həyata keçirilməyəcək. Həmin mərkəzlərdə sənədlərinin hazır olacağı barədə əvvəlcədən məlumat verilən vətəndaşlar isə mərkəzlərə yaxınlaşaraq sənədlərini əldə edə bilərlər.
Müvafiq xidmətlərlə əlaqədar sənəd qəbulu üçün digər mərkəzlərə müəyyən edilmiş qaydada müraciət etmək mümkündür. Belə ki, 27 aprel tarixindən "ASAN xidmət” və "ASAN Kommunal” mərkəzlərində vətəndaşların qəbulu "ASAN xidmət" mobil tətbiqi, www.asan.gov.az saytı və 108 Çağrı Mərkəzi vasitəsi ilə əvvəlcədən onlayn növbə tutmaqla həyata keçirilir.
"ASAN Kommunal” mərkəzlərində bazar günü qeyri-iş günüdür.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























