• $
  • €
  • ₽
  • ₺
  • £

Bu şəxslərə 100 mənzil verilib

Bu şəxslərə 100 mənzil verilib
20.06.2020 16:00
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən şəhid ailələrinə vəölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi olan şəxslərə daha 100 mənzil təqdim edilib.

Nazirlikdən "Report"a verilən məlumata görə, mənzillərdən 53-ü Abşeron rayonunun Məmmədli kəndindəki yeni yaşayış binalarından, 47-si Bakının Hövsan qəsəbəsində inşa olunan yaşayış kompleksindən alınıb. Bütün mənzillərdə müasir yaşayış şəraiti yaradılıb.

Mənzillərin təqdim edilməsi tədbirlərində Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov və Nazirliyin Aparatının rəhbəri Fuad Musayev iştirak ediblər.

Vurğulanıb ki, Prezident İlham Əliyevin sosial sahəyə xüsusi qayğısı nəticəsində əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mühüm addımlar atılır, sosial proqramlar ildən-ilə genişlənir. Dövlət başçısının tapşırığına uyğun olaraq, bu il də həssas qruplarla bağlı nəzərdə tutulmuş bütün sosial proqramlar tam icra olunmaqla, bu proqramların əhatə dairəsinin daha da genişləndirilməsi təmin olunur.

Eyni zamanda, şəhid ailələrinin və ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi olan şəxslərin mənzillə təminatı proqramı uğurla davam etdirilir. Onlara təqdim edilən mənzillərin sayı ildən-ilə əhəmiyyətli dərəcədə artır. Buna misal olaraq, şəhid ailələrinə və müharibə əlillərinə 2018-ci ildə Nazirlik tərəfindən 626 ədəd, 2019-cu ildə 934 ədəd mənzil və fərdi ev verilib. Dövlət başçısının tapşırığı əsasında 2020-ci ildə isə ən azı 1500 mənzil və fərdi evin verilməsi nəzərdə tutulub. Onlardan bu gün daha 100 mənzil təqdim edilir. Bu il üçün nəzərdə tutulan 1500 mənzil və fərdi evdən artıq 300-ü verilib.

Ümumilikdə isə indiyədək Nazirlik tərəfindən şəhid ailələrinə və müharibə əlillərinə 7900-ə yaxın mənzil və fərdi ev təqdim edilib.
Çıxış edən şəhid ailəsi üzvləri, müharibə əlilləri vətəndaş rifahının təminatı istiqamətində atılan mühüm və ardıcıl addımlardan razılıqla bəhs ediblər. Onlar həyat şəraitlərinin yaxşılaşdırılması üçün aparılan işlərə və bu gün yeni mənzillərlə təmin olunduqlarına görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol