• $
  • €
  • ₽
  • ₺
  • £

SON DƏQİQƏ!! Daha bir tanınmış azərbaycanlı vəfat etdi

SON DƏQİQƏ!! Daha bir tanınmış azərbaycanlı vəfat etdi
21.06.2020 18:22
Azərbaycan ağır atletika ailəsinə itki üz verib.

Azərbaycan Ağır Atletika Federasiyasından (AAAF) verilən məlumata görə, 81 yaşlı tanınmış mütəxəssis Mirzə Hüseynov dünyasını dəyişib.

18 mart 1939-cu ildə Bakı şəhərində anadan olan Hüseynov Mirzə İbrahim oğlu 1952-ci ildə "Dinamo” İdman Cəmiyyətində, idmanın müxtəlif növləri üzrə məşqlərə başlayıb. Xüsusən ağırlıqqaldırma növündə fərqlənərək idman ustası səviyyəsinə qədər yüksəlib. Fəal idmançı kimi o, 1967-ci ilə qədər dəfələrlə Azərbaycanın və "Dinamo” İC-nin Ümumittifaq Mərkəzi Şurasının çempionu və rekordçusu olub. Azərbaycan yığma komandasının tərkibində 3 dəfə (1956, 1959 və 1963-cü illərdə) SSRİ Xalqlarının Spartakiadalarında Respublikanın idman şərəfini qoruyub.

1963-cü ildə Az.DBTİ-ni bitirdikdən sonra "Dinamo” İC-də məşqçilik fəaliyyətinə başlayıb. 1984-cü ilə qədər davam edən məşqçilik dövründə o, eyni vaxtda müsabiqələrdən keçməklə, 1967-71-ci illərdə ADU-da müəllim, 1971-88-ci illərdə Az.DBTİ-də baş müəllim işləyib və 1988-ci ildən dünənə qədər ATU-nun bədən tərbiyəsi və idman kafedrasında dosent vəzifəsində çalışıb.

1967-ci ildən 1980-ci ilə qədər o, Azərbaycanın ağır atletika idman növü üzrə yığma komandasının baş məşqçisi olub. Bu dövrdə onun hazırladığı idmançılar həm "Dinamo” İC, həm də eyni vaxtda Respublikanın yığma komandalarının tərkibində müxtəlif yaş qrupları üzrə Ümumittifaq miqyaslı yarışlarda və beynəlxalq yoldaşlıq görüşlərində həmişə fərqlənib və yaxşı nəticələr göstəriblər. Buna görə o, "Azərbaycan Respublikasının Əməkdar Məşqçisi” fəxri adına layiq görülüb. Eyni vaxtda uzun müddət müxtəlif miqyaslı yarışlarda yüksək səviyyədə hakimliyinə görə "Beynəlxalq dərəcəli hakim” adını alıb. Məşqçilik ilə yanaşı, Ali məktəb sistemində də fərqləndiyinə görə ona "Azərbaycan Respublikasının Fəxri Bədən Tərbiyəsi və İdman işçisi” adı verilib.
İkinci dərəcəli əlil olmağına baxmayaraq o, Azərbaycan Ağır Atletika Federasiyası tərəfindən keçirilən bütün yarış və tədbirlərdə həmişə fəal iştirak edib. AAAF-ın Rəyasət Heyətinin üzvü, Azərbaycan Respublikasının əməк və idman veteranı idi.
www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol