Koronaviruslu xəstənin "Semaşko"dan yaydığı video ilə bağlı - TƏBİB-dən AÇIQLAMA

1 nömrəli Kliniki Tibbi Mərkəzdə müalicə alan Bhruz Əliyev adlı koronavirusa yoluxmuş xəstə a sosial şəbəkədə canlı yayıma çıxaraq burada xəstələrə düzgün müalicə tətbiq edilməməsindən və baxımsızlıqdan gileylənib.Bu məsələ TƏBİB tərəfindən ciddi araşdırmaya götürülüb və məsələ ilə bağlı açıqlama veriləcək,, bunu TƏBİB-in mətbuat xidmətinin rəhbəri Rəvanə Əliyeva sosial şəbəkədə yayılan videoya şərh verərkən Anews.az-a bildirib.
Ötən gün yayılan görüntülərdə adıçəkilən xəstəxanaya yerləşdiirlən xəstələrdən biri həkimlərin virus daşıyıcılarına nəzarət etmədiklərini, qızdırmasının qalxmasına baxmayaraq lazımi dərman və iynə ilə təhciz edilmədiklərini bildirmişdi. Xəstənin sözlərinə görə, hətta tibb bacıları da xüsusi geyimlərdə xidmət göstərmirlər. Bu isə onların virusu yaymasına yol aça bilər.
İndiyədək ölkədə ümumilikdə 12 729 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 6799 nəfər müalicə olunaraq sağalıb, 154 nəfər vəfat edib, 5776 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























