• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda polislər sürücünü təpiklə döydü - AÇIQLAMA - ANBAAN VİDEO

Azərbaycanda polislər sürücünü təpiklə döydü - AÇIQLAMA - ANBAAN VİDEO
22.06.2020 11:07
Daxili İşlər Nazirliyi Masallı rayonunda traktor sürücüsünün saxlanılarkən döyülməsi hadisəsi ilə bağlı xidməti araşdırmalar aparır.

Baş Dövlət Yol Polisi İdarəsinin mətbuat katibi, polis polkovniki Kamran Əliyev açıqlamasında bildirib ki, sürücü idarə etdiyi traktorla təhlükəli hərəkətlər edərək polisə müqavimət göstərdiyi üçün cəzalandırılıb:

"Hadisə iyunun 19-da Masallı şəhəri ərazisində baş verib. Günün qaranlıq saatlarında otbiçən traktorla arxa qabarit işıqları əvəzinə biçin üçün güclü işıqdan istifadə etməklə digər sürücülərə təhlükəli vəziyyət yaratdığına görə yol polisləri tərəfindən sürücüyə saxlama işarəsi verilib. Lakin sürücü tabesizlik göstərərək qaçmağa cəhd edib.

Daha sonra yol polisləri sürücünü dayandıraraq sənədləri tələb etsələr də, sürücü sənədləri verməkdən imtina edərək polislərə müqavimət göstərməyə başlayıb.

Həmin vaxt polis əməkdaşları da fiziki qüvvə tətbiq edərkən sürücünü təpiklə vurublar. Sürücü Abdullayev Sədahin Əlihüseyn oğlunun sürücülük hüququ olmadığına və polislərə müqavimət göstərdiyinə görə o, inzibati qaydada məsuliyyətə cəlb edilib.

Səlahiyyətlərini aşaraq fiziki güc tətbiq edərkən vətəndaşı təpiklə vurduqlarına görə polis əməkdaşlarının barəsində isə araşdırmalara başlanılıb.
Araşdırmalar nəticəsində həmin polis əməkdaşları da ciddi intizam məsuliyyətinə cəlb olunacaqlar. 

BDYPİ-nin şöbə rəisi, polis polkovniki Kamran Əliyev bildirib ki, faktla bağlı artıq aidiyyəti xidmət tərəfindən araşdırmalara başlanılıb”.(Qafqazinfo)

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol