• $
  • €
  • ₽
  • ₺
  • £

Göygöldə qadınların bıçaqlaşmasının detalları üzə çıxdı

Göygöldə qadınların bıçaqlaşmasının detalları üzə çıxdı
22.06.2020 12:53
"Bəzi kütləvi informasiya vasitələrində Göygöl rayonunda qadınlar arasında baş vermiş mübahisə zamanı onlardan birinin bıçaqlanması ilə bağlı məlumatlar yayılıb.

Bununla bağlı bildiririk ki, iyunun 21-də saat 14 radələrində Gəncə şəhər sakini 1991-ci il təvəllüdlü Rəvanə Novruzovanın bıçaqlanaraq, "daxilə keçən kəsilmiş-deşilmiş yara” diaqnozu ilə xəstəxanaya yerləşdirilməsi barədə məlumat daxil olub”.

Oxu.Az xəbər verir ki, bununla bağlı Baş Prokurorluq məlumat yayıb.

Dərhal prokurorluq və polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat idarəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb.

İş üzrə hadisənin şahidləri müəyyənləşdirilərək dindirilmiş, müvafiq ekspertizalar təyin edilib.

İstintaqla zərərçəkmişin qonşusu 1990-cı il təvəllüdlü İlqam Əliyevin aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı R.Novruzovanı bıçaqlamasına şübhələr üçün əsaslar müəyyən edilib.

Hazırda İ.Əliyevin saxlanılması istiqamətində təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri davam etdirilir.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol