• $
  • €
  • ₽
  • ₺
  • £

Torpaq yolla postları keçmək istəyənlər belə müəyyənləşdiriləcək - RƏSMİ

Torpaq yolla postları keçmək istəyənlər belə müəyyənləşdiriləcək - RƏSMİ
22.06.2020 17:45
Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonundan torpaq yollarla rayonlara və ya rayonlardan adıçəkilən ərazilərə keçməyə cəhd edənlərin qarşısını almaq üçün Baş Dövlət Yol Polisi İdarəsi texniki vasitələri işə salıb.

Anews.az xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında idarənin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev deyib.

Onun sözlərinə görə, artıq həmin ərazilərdəki karantin postları istiqamətində olan yollarda müşahidə kameraları və digər texniki vasitələr fəaliyyət göstərir:

"Karantin postları istiqamətindəki yollar artıq həmin texniki vasitələrlə nəzarət altındadır, müşahidələr aparılır. Karantin postu istiqamətində hərəkət edən və karantin postundakı kameralarda görünməyən avtomobillər texniki vasitələrlər müəyyən ediləcək və həmin avtomobilin torpaq yollarla postu gizli keçdiyi aşkarlanacaq.
 
Həmin avtomobillər qanunvericiliyə uyğun məsuliyyətə cəlb olunacaqlar. Ona görə də sürücülərə tövsiyyə edirik ki, karantin postundan kənar torpaq yollarla rayonlara və ya rayonlardan sərt karantin tətbiq edilən ərazilərə keçməyə cəhd etməsinlər. Əks halda həmin hərəkət iştirakçısı müəyyən edilərək məsuliyyətə cəlb olunacaqlar".

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol