• $
  • €
  • ₽
  • ₺
  • £

Operativ Qərargah daha bir məlumat yaydı – SON DƏQİQƏ

Operativ Qərargah daha bir məlumat yaydı – SON DƏQİQƏ
22.06.2020 22:34
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 19 iyun tarixli "Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” Qərarının əlavəsində fəaliyyətinə icazə verilmiş sahələrin siyahısında kütləvi informasiya vasitələrinin (KİV) də adı qeyd edilib.
 
Nazirlər Kabinetindən Anews.az-a verilən məlumata görə, bu məqam sərtləşdirilmiş xüsusi karantin rejimində KİV-lərin fəaliyyətinin hüquqi təminatıdır və onu göstərir ki, KİV-lərin fəaliyyəti ilə bağlı heç bir hüquqi məhdudiyyət yoxdur.
 
Sərtləşdirilmiş xüsusi karantin rejimi dövründə bu hüquqdan istifadənin texniki tərəfi icazə.e-gov.az portalında qeydiyyatdan keçməklə həll olunur.
 
Azərbaycanda akkreditasiyadan keçmiş xarici KİV-lərin təmsilçiləri haqda məlumatlar Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən icazə.e-gov.az portalına daxil edilib.
 
Yerli KİV-lərin nümayəndələri isə, Qərarda qeyd olunduğu kimi, fəaliyyət göstərdikləri KİV-in rəhbərliyi tərəfindən icazə.e-gov.az portalında qeydiyyatdan keçirilməlidir.
 
Mülki hüquqi müqavilə əsasında fəaliyyət göstərən şəxslər barədə məlumatlar işəgötürən tərəfindən, hər hansı hüquqi şəxslə müqavilə bağlamadan VÖEN əsasında fərdi fəaliyyət göstərən şəxslər barədə məlumatlar onların özləri tərəfindən gücləndirilmiş elektron imzadan istifadə etməklə icazə.e-gov.az portalına daxil edildikdən sonra onların hərəkətinə yol verilir.
 
Qeydiyyatla əlaqədar yaranan problemlərlə bağlı Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin  (ASAN Xidmətin) 9108 Çağrı Mərkəzinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin mətbuat xidmətinə müraciət oluna bilər.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol