Azərbaycanın bu rayonunda koronavirusa yoluxma qeydə alınmayıb

Koronavirus (COVID-19) pandemiyasının Azərbaycan ərazisində yayılması və onun təsirləri istər paytaxtda, istərsə də regionlarda hiss olunmaqdadır. Bununla belə, ölkəmizdə virusun təsirlərinin aradan qalxdığı rayonlar da az deyil.
Anews.az xəbər verir ki, Zərdab Rayonu İcra Hakimiyyətinin (RİH) mətbuat xidmətinin rəhbəri Vasif Məmmədov bildirib ki, hazırda rayonda heç bir yoluxma halı yoxdur.
"Zərdabda vəziyyət digər rayonlara nisbətən yaxşıdır. Profilaktik tədbirlər həyata keçirilir. RİH və Polis şöbəsi tərəfindən mobil qruplar yaradılıb və bu qrupların nəzarəti ilə bütün lazımi tədbirlər görülüb”.
Vasif Məmmədov həmçinin rayon sakinlərindən 3 nəfərin koronavirusa yoluxduğunu və onlardan birinin dünyasını dəyişdiyini qeyd edib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























