Koronavirusa yoluxan polislərlə bağlı RƏSMİ MƏLUMAT

Azərbaycanda bir neçə polis əməkdaşı koronavirusdan sağalaraq evə buraxılıb.
Anews.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov "Report”a bildirib.
O qeyd edib ki, hazırda koronavirusa yoluxan polis əməkdaşları müalicələrini davam etdirirlər: "Bildiyiniz kimi, xidmətdə olan zaman polis əməkdaşlarından koronavirusa yoluxanlar da oldu. Onlardan sağalıb evə buraxılanlar da var, hazırda xəstəxanalarda müalicə alanlar da var. Lakin həmin polis əməkdaşlarının sayını deyə bilmərəm”.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























